Kraliçanın atında qadağan olunmuş maddə tapıldı

Kraliçanın atında qadağan olunmuş maddə tapıldı
1320 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl nəticəsi Corcun bir yaşını qeyd edən Britaniya kraliçası II Yelizavettanın adı qalmaqalda hallanır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kraliçanın ötən ilin iyununda "Royal Ascot" yarışında ikinci olan sevimli atı Estimeytin qanında qadağan olunmuş morfin maddəsi aşkar edilib. II Yelizavetta buna görə 140 min funt (təxminən 187 min manat) cərimə ödəyəcək. Lakin onun atı yarışlardan diskvalifikasiya olunmayacaq. Belə ki, Estimeyt gələn həftə baş tutacaq oyunlarda iştirak edəcək.

Qeyd edək ki, adıçəkilən maddənin atın qanına qida vasitəsilə keçdiyi ehtimalı irəli sürülür. Hazırda məsələ araşdırılır.