Əməkdar artist: “Röya, Natavan, Elnarə mənə dəstək olublar”

Əməkdar artist: “Röya, Natavan, Elnarə mənə dəstək olublar”
2583 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Cavanşir Məmmədov “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni yaradıcılığı ilə bağlı maraqlı etiraf edib. O, vaxtilə “W-trio” qrupunda oxuyan müğənnilər -  Röya, Natavan Həbibi və Elnarə Xəlilovanın ona kömək etdiklərini bildirib:

“O vaxtlar “W-trio” ilə Vaqif Gərayzadənin yanında bir yerdə işləyirdik. Röya, Natavan və Elnarə mənə çox dəstək olublar. Hətta bir mahnım var idi, qızlar mənim xahişimlə onun xor hissəsini oxuyublar. Toylarda da bir yerdə ifa edirdik. Çox sağ olsunlar ki, mənə lazımi qədər dəstək olublar. Mən də yeri gələndə onlara kömək edirdim”.