Xanım Qafarovanın vəsiyyəti bəlli oldu

Xanım Qafarovanın vəsiyyəti bəlli oldu
9890 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum aktrisa, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarovanın bacısı oğlu onun vəsiyyətindən danışıb.
 
Axşam.az-ın məlumatına görə, lent.az-a açıqlama verən mərhumun bacısı oğlu deyib ki, xalasının vəsiyyəti qızı ilə bağlı olub:

“Xalam öləndə vəsiyyət etdi ki, qızı bizimlə qalsın. Xanım xalam dünyasını dəyişən günü uşaq atası ilə getdi. Çünki istəmədik ki, o, anasının ölümünü görsün. Hazırda Gövhər anasının qaldığı şəraitsiz evdə yaşayır. Böyük ehtimalla o, atası ilə yox, elə daim bizimlə qalacaq. Münasibətləri normaldır. Həftə sonları atası ilə görüşür. Gövhər anasının ölümündən xəbərsizdir. Tez-tez soruşur: “anam haradadır? ”, “anam gəlmir?”. Biz də ölümünü gizlədirik. Deyirik ki, İsrailə müalicəyə gedib. Qayıdacaq”.
 
Mərhumun bacısı oğlu onu da əlavə edib ki, avqustun 19 da mərhum aktrisanın 40 mərasimi olacaq.
 
Qeyd edək ki, mərhum X.Qafarova iyulun 11-də uzun sürən xərçəng xəstəliyindən sonra 47 yaşında dünyasını dəyişib. 1967-ci il mayın 9-da Bakıda anadan olan aktrisa 1991-ci ildə “Şirbalanın məhəbbəti”, 1997-ci ildə “Kənddən gələn var”, 2001-ci il “Yuxu”, 2006-ci il “Adam ol” və 2011-ci ildə çəkilən “Qaynana” filmlərindəki rolları ilə yaddaşlarda iz qoyub.