"Keyxanım" çəkiliş zamanı ilan öldürüb

"Keyxanım" çəkiliş zamanı ilan öldürüb
3397 dəfə oxunub
  • A-
  • A
  • A+
“Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyeva fobiyasından danışıb.

Axşam.az-ın məlumatına görə, o, ilandan qorxduğunu, buna baxmayaraq çəkiliş zamanı onu öldürdüyünü etiraf edib:

“İlandan çox qorxuram. Amma bir dəfə onu öldürmüşəm. Aparıcılığını etdiyim “Zəhmətkeş ulduzlar”ın çəkilişi zamanı dəfələrlə qarşıma çıxıb. Bir dəfə tarlada çəkiliş edəndə ayağımın altında olub, yanımdakılar mənə deməyiblər. Biliblər ki, görsəm, ürəyim gedəcək. İkinci dəfə də Yardımlıda qabağıma çıxıb. Onda artıq ilanı öldürmüşük”.

“Üç bacı” serialı qurtardıqdan sonra yeni iş təklifləri alan Ülviyyə istirahətə hazırlaşdığını deyib:

“Hazırda heç bir yeni təklif haqda düşünmürəm. “Zəhmətkeş ulduzlar”ın çəkilişləri başa çatdıqdan sonra istirahətə yollanacam. Xaricdə dincəlməyi planlaşdırıram. Çalışıram ki, həm dənizi, həm də tarixi binaları olan yerlərə gedim. Bu cür məkanları gəzməyi xoşlayıram”.