Sedanın qayıtması Gülbəni işindən edəcək

Sedanın qayıtması Gülbəni işindən edəcək
2695 dəfə oxunub
  • A-
  • A
  • A+
"Show TV"də səhər proqramı aparmağa hazırlaşan türkiyəli müğənni Seda Sayanın kanala geri qayıtması Gülbən Ərgəni çətin vəziyyətdə qoyub.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "O gəlir" şüarı ilə verilişinin reklamı başlayan Seda, bir ildir həmin kanalda proqram aparan Gülbəni işindən edəcək.

Belə ki, onun ötən il reytinqi aşağı olan verilişinin bağlanmasının qarşısı sevgilisi, "Show TV"-nin Xəbərlər departamentinin rəhbəri Erhan Çelikin sayəsində alınsa da, hazırda kanaldakı bütün vəzifələrindən istefa verən E.Çelik bu dəfə G.Ərgənə kömək ola bilməyəcək.