Keçmiş sevgilisi Cenniferi belə təbrik etdi - foto

Keçmiş sevgilisi Cenniferi belə təbrik etdi - foto
2869 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Cennifer Lopez rəqqas sevgilisi Kasper Smartdan dostcasına ayrıldığını və aralarında heç bir problemin yaşanmadığını bildirsə də, çoxları bunun həqiqəti əks etdirmədiyini söyləyirdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, amma dünən 45 yaşını qeyd edən Cenniferi tərbrik edənlər arasında Kasperin də olması əslində Lopezin doğru dediyini ortaya çıxarıb.  Kasper ayı formalı tortun şəklini İnstaqram səhifəsində paylaşıb və ürək sözlərini yazıb:
 
“Dünyanın ən gözəl ayıcığı, ad günün mübarək! Qoy sənin bütün xəyalların həyata keçsin”.

Xatırladaq ki, iki il münasibətdə olan Kasper və Cennifer Lopez bu ilin iyununda ayrılıblar.