Nejat İşlər 42 gün sonra evə buraxıldı

Nejat İşlər 42 gün sonra evə buraxıldı
1684 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Nejat İşlər xəstəxanadan evə buraxılıb.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktyor qan dövranının pozulması nəticəsində sağ əl barmaqlarında yaranan göyərmə səbəbindən 42 gün əvvəl əməliyyat olunmuşdu.

“Amerikan Xəstəxanası”nda yatan N.İşlər bu yaxınlarada yenidən fiziki müalicəyə başlayacaq.

Qeyd edək ki, aktyor ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirərək 95 gün reanimasiyada qalmışdı.