Azərbaycanlı müğənni qayınatası ilə klip çəkdirəcək

Azərbaycanlı müğənni qayınatası ilə klip çəkdirəcək
1826 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Bədəlovdan təzə xəbər var.

Axşam.az-ın məlumatına görə, istirahətdən yenicə qayıdan sənətçi "Star life" verilişinə açıqlamasında layihələrindən danışıb.

O hətta qayınatası, xalq artisti Firuz Əliyevlə klip çəkdirəcəyini də bildirib:

"Bodrumda dincəldim, enerji yığdım. İndi işlərimlə məşğul oluram. Yeni mahnılarım var. Musiqisi Hacı Nazimə, sözləri Günel Əsgərovaya aid olan "Sənli məqamlar" adlı bəstəni hazırlayıram. "Tello" xalq mahnısını yeni aranjimanda təqdim edəcəm. Təzə nəğmələrimdən birinə sentyabrda klip çəkdirəcəm. Orada xalq artisti Firuz Əliyevin də görüntüsü və ifası olacaq".

Qeyd edək ki, Emil F.Əliyevin qızı Xanımla ailə qurub.