Eminin komandası futbolda qalib gəldi - fotolar

Eminin komandası futbolda qalib gəldi - fotolar
2416 dəfə oxunub
  • A-
  • A
  • A+
Yurmalada keçirilən "Yeni dalğa" mahnı müsabiqəsi çərçivəsində məşhurlarla iştirakçılar arasında çimərlikdə futbol oyunu baş tutub.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, yarışma çərçivəsində ilk dəfədir ki, keçirilən 20 dəqiqəlik oyun maraqla qarşılanıb.

Ulduzların komandasında müğənni Emin Ağalarov, Stanislav Kastyuşkin, yumor ustası Aleksandr Revva, Vladimir Vinokur, bəstəkar Arkadi Ukupkin və başqaları yer alıblar. Oyun 8:2 hesabı ilə məşhurların xeyrinə başa çatıb.

Qeyd edək ki, sabah adıçəkilən müsabiqənin finalıdır. Eyni zamanda, Emin gecədə "Naçistatu" ("Açığı") adlı mahnısına çəkdirdiyi klipi təqdim edəcək.