"Namiqi sevirəm"

"Namiqi sevirəm"
2432 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahanın ATV-də yayımlanan “Azərbaycanın səsi" müsabiqəsindəki münsiflərdən biri, meyxanaçı Namiq Qaraçuxurlu ilə mehriban davranışı qısqanclığa səbəb olub.

Axşam.az-ın məlumatına görə, digər münsif, müğənni Elnarə Xəlilova həmkarına etirazını bildirib.

Onun "Elza, nə üçün tələbələrin haqda münsif fikrini soruşanda ancaq Namiqə müraciət edirsən? Niyə ayrı-seçkilik salırsan? O, uşaqlarını tərifləyir, mən pisləyirəm, ona görə?" sözlərinə E.Seyidcahan belə cavab verib:

"Səni sevirdim, indi dəyişdi. Sevgimi etiraf etməkdən utanmıram. Mən Namiqi sevirəm. O, özünü sevdirməyi bacardı".