Nadirdən həmkarlarının ünvanına sərt sözlər

Nadirdən həmkarlarının ünvanına sərt sözlər
1444 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, həmkarlarını ikiüzlü adlandıraraq son zamanlar heç bir müğənni ilə görüşmədiyini deyib:

“Axır vaxtlar ancaq süni gülüşlərlə qarşılaşıram. Ona görə də, heç bir şou adamı ilə görüşmürəm. Hamısı yalançıdır. Səni görən kimi gəlir, üzündən öpür, gülür, arxanca ağzını əyir. Mən istəmədiyim insanla heç vaxt münasibət qurmuram, görüşmürəm, saxta gülüş nümayiş etdirmirəm”.

Nadir gənc ifaçılardan da danışıb:

“Bu gün sənətə gələn yeni ifaçıların hamısı əvvəlkiləri parodiya edir. Heç biri öz səsi ilə oxumur. Mən öz tələbələrimə də deyirəm ki, böyük sənətkarlara qulaq asın, amma öz səsinizlə ifa edin”.