Sərdar Ortaç xanımına 8 mərtəbəli bina aldı
Türkiyəli müğənni Sərdar Ortaç iyunun 7-də ailə qurduğu həyat yoldaşı Xloe Luqnana 5 milyon dollar dəyərində olan 8 mərtəbəli bina alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələcəkdə həmin binanı 90 otaqlı otelə çevirmək niyyəti olan ifaçı bunu xanımına hədiyyə etdiyini bildirib:
“Bütün sənədlər Xloenin adınadır. Bina da onun adını daşıyacaq. Xanımıma hədiyyəmdir”.