Sinan Akçıl Ərəb dünyasının diqqət mərkəzində

Sinan Akçıl Ərəb dünyasının diqqət mərkəzində
1788 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyorlar Kıvanç Tatlıtuğ, Beren Saat, Tolqahan Sayışman və Nurgül Yeşilçay kimi məşhurlarla müsahibə hazırlayan Ərəb dünyasının ən çox izlənilən kanalı EBS-in növbəti hədəfi bəstəkar-ifaçı Sinan Akçıl olub.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, telekanala müsahibə verən Akçıl Ərəb dünyasıın ifaçılarını çox sevdiyini deyib. 

Boynunkı döyməylə maraq doğuran Sinan müsahibəsində Ebru Şallı ilə olan münasibətindən də söz açıb. Bir müddət öncə Ebru Şallının Harun Tandan olan oğlu ilə dənizdə əylənən Sinan onu ağlatmışdı və bu fotolar mətbuatda yayılaraq böyük səs-küy yaratmışdı. Sinan bu xəbərlərə görə çox pis sarsıntı keçirdiyini deyib. Parsla arasının çox yaxşı olduğunu qeyd edən Sinan münasibətlərinin yolunda getdiyini vurğulayıb.