Primadonnanın yaradıcılıq gecəsi keçirildi - fotolar

Primadonnanın yaradıcılıq gecəsi keçirildi -  fotolar
2281 dəfə oxunub
  • A-
  • A
  • A+
Rus estradasının primadonnası, müğənni Alla Puqaçovanın yaradıcılıq gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, "Yeni dalğa" müsabiqəsi çərçivəsində gerçəkləşən gecəyə tanınmış simalar qatılıb. Onu təbrik etmək üçün Yurmalanın "Dzintari" konsert zalına minlərlə insan toplaşıb.
Ən yaxın dostları - müğənni Filipp Kirkorov, Alsu, Dima Bilan, Kristina Orbakayte, Baleriy Meladze gecədə Alla Puqaçovanı tək qoymayıb. Mərasimin aparıcılığını isə müğənninin həyat yoldaşı Maksim Qalkin edib.

Ən maraqlı məqam isə bütün məşhur qonaqların mərasimə həyat yoldaşı ilə birlikdə qatılması olub. 

İfaçılar Alla Puqaçovanın seçdiyi mahnıları oxuyublar. Səbəbkar özü isə beş mahnısını səsləndirib. Mərasimin sonunda isə o, "Million alıx roz" bəstəsini ifa edib.