Gülbən Ərgən sevgilisi ilə dincəlmək üçün yeni villa aldı

Gülbən Ərgən sevgilisi ilə dincəlmək üçün yeni villa aldı
3252 dəfə oxunub
  • A-
  • A
  • A+

Bodrumda paparatsilərin hədəfinə tuş gəlməkdən yorulan türkiyəli müğənni Gülbən Ərgən 1 milyon 600 min dollara lüks villa alıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sevgilisi Erhan Çeliklə orada istirahət edəcək.

İllərdir ki, hər yay Gündoğandakı yaylağında dincələn sənətçi paparatsilərdən gizlənmək üçün hər vasitəyə əl atırdı. Amma sonda ifaçı çıxış yolunu evini dəyişməkdə görüb. Meyarlarına uyğun ev isə Gündoğanda tapılıb və o, bu villa üçün 1 milyon 600 min dollar ödəyib.