Emin "Yeni dalğa"nın finalında - fotolar + video

Emin "Yeni dalğa"nın finalında - fotolar + video
2985 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Yurmalada keçirilən "Yeni dalğa" müsabiqəsinin finalı baş tutub.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, "Dzintaru" konsert zalında keçirilən gecədə tanınmış simalar bir araya gəlib.

Rus estradasının məşhurları - Filipp Kirkorov, Nataşa Koroleva, İqor Nikolaev, Alsu, Vera Brejneva, Leonid Aqutin və digərləri ilə yanaşı mərasimə dünyaşöhrətli ulduz Rikki Martin də qatılıb.

Gecənin qonaqları arasında müğənni-bəstəkar Emin də yer alıb. O, "Naçistatu" ("Açıq") adlı mahnısını ilk dəfə yarışmanın finalında səsləndirib.

13 ölkədən 16 iştirakçının qatıldığı "Yeni dalğa"nın bu ilki qalibi Gürcüstan təmsilçisi Nuse Buzaladze olub.

Gecədən fotoları təqdim edirik.