Günay 4 illik sevgilisindən ayrılıb - video

Günay 4 illik sevgilisindən ayrılıb - video
5450 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli "Onlar" verilişinə açıqlamasında keçmiş sevgilisindən danışıb.

Axşam.az-ın məlumatına görə, kamera qarşısında gözləri dolan sənətçi "Ola bilərdin" mahnısının şəxsi həyatına aid olduğunu etiraf edib:

"Ola bilərdin" mahnısı şəxsi həyatımdandır. O, mənim ola bilərdi, amma olmadı. Yaxşı ki, olmayıb, getdi. Biz neçə ilin dostu idik. Sonradan münasibət sevgiyə çevrildi. Mənim sevgim 4 il davam etdi. Subay olanda sevgililər bir-biri ilə gözəl yola gedir. Nişanlanandan, evlənəndən sonra ayrılırlar. Hər işdə bir xeyir var. Bu da həyatımdakı gözəl anlardan biri idi, yaşandı və bitdi. Ondan sonra depressiyaya düşdüm, saçımı kəsdirdim. Həmin insan hazırda peşmandır və barışmaq istəyir. Amma mən istəmirəm, hisslərim öldü. Sevirsən, bağlanırsan, bir anda sınırsan. İçimdə bir boşluq var".

Günay ailə qurmaq istədiyini də deyib:

"Həyatımı planla yaşayan insanam. Üç il ərzində ailə qurmaq, uşaq dünyaya gətirmək istəyirəm. Üç övlad arzulayıram".