Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardı

Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardı
12908 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilovanın bu yaxınlarda hovuzda çəkdirdiyi fotosu ailəsində narazılıq yaradıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Onlar” verilişinə açıqlamasında deyib.

Onun sözlərinə görə, şəkilləri sosial şəbəkədə paylaşdıqdan sonra həyat yoldaşı Rövşən Cahangirovun qınağına tuş gəlib:

“Yoldaşım təbii ki, əsəbləşdi. Onun gücü mənə çatır. Heç kimi günahlandırmıram. Qəbahəti yenə də özümdə görürəm. Mən gərək hovuz kənarında başımın şəklini çəkdirməzdim. Söz verirəm. Bir daha olmayacaq”.

Elnarə bu fotolara görə ona irad bildirənlərə ironiya ilə cavab verib:

“Bilməzdim ki, şəkil belə rezonansa səbəb ola bilər. Heç təzə mahnı yazdıranda saytlar bunu işıqlandırmır. Məni peşman etdilər. O həddə çatdım ki, həmin fotonu İnstaqramdan silməyə məcbur oldum. Bu yaxınlarda ya dəniz kənarında, ya da hovuzda fotosessiya etdirəcəyəm. Bu dəfə kürk, palto geyinəcəm, başımı isə şalla bağlayacam. Görüm bu dəfə nə yazacaqlar”.