Elnur: "Efirdə maşınını, pulunu reklam edənlər..." - video

Elnur: "Efirdə maşınını, pulunu reklam edənlər..." - video
1228 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnur Məmmədovdan təzə xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında səhnə mədəniyyətindən, yeni klipindən danışıb:

"Bacardığım qədər səhnə mədəniyyətini gözləyirəm. Bu, tamaşaçılara hörmətimdir. Kimsə “geyiminizi düzəldin” deyəndə buna əməl etməyə çalışıram. Axı biz nümunəvi insanlarıq. Buna görə də, hər bir şeyə fikir verməliyik. Yeni klipimdə də geyimlərimlə seçilmişəm. Orada ağ kostyumdayam, ekran işində ağ pələng, ağ libaslı qızlar var. Modellər Kiyevdən gəlmişdi. Pələngin yer aldığı hissə Hollivudda çəkilib. Maraqlı klip alındı".

"Klipə nə qədər pul xərcləmisiniz" sualını isə Elnur belə cavablandırıb:

"Mən kliplərimə pul xərcləmirəm. Efirdə maşınını, pulunu reklam edənlərdən deyiləm. Hərənin bir imkanı var. Bəlkə kiminsə ona gücü çatmır... Əsas odur, işimiz keyfiyətli alınsın".

Elnur "Bundan sonra sənə şou-biznesin pələngi deyəcəklər" sualına cavabında "Şou-biznesin pələngi, əjdahası kimlərdir, bilinir. Əsas odur ki, saxta pələng, əjdaha olmayaq. Bəziləri efirdə başqa sima göstərir, kamera arxasında isə maskasını çıxarır. Bunlardan deyiləm", deyə söyləyib.