"Nadirin avtomobilini heç vaxt polis saxlamır, çünki..."

"Nadirin avtomobilini heç vaxt polis saxlamır, çünki..."
2392 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə avtomobilinin heç vaxt polis tərəfindən saxlanılmadığını iddia edib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında özünü "yaxşı oğlan" adlandırıb:

"Yalandan xəbər çıxdı ki, guya avtomobilim cərimə meydançasına aparılıb. Maşınım usta yanındadır. Görünüşünü dəyişirəm, eyni formadan gözüm yorulub. Onu yazmazdan əvvəl polisdən kağız alardılar. Nadirin avtomobilini heç vaxt polis saxlamır, bu, əsassız yazı idi. Çünki Nadir yaxşı oğlandır. Lap aparıblar, maşın cərimə meydançasına girər də, çıxar da. Bilməyərəkdən avtomobilimi aparsalar da, təəssüflə geri qaytarırlar. Deyirlər, bilsəydik sizindir, aparmazdıq. Yaxşı oğlanların maşını əla olur".