Zibil yığanlar Halil Sezaini döydü

Zibil yığanlar Halil Sezaini döydü
1336 dəfə oxunub
  • A-
  • A
  • A+
Bodrumda dincələn türkiyəli müğənni Halil Sezai zibil yığanlar tərəfindən döyülüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədən səhərədək içki içən ifaçı sahilboyu gəzərək yüksək səslə mahnı oxuduqdan sonra əlindəki şüşəni yerə tullayıb. Bu vaxt zibil toplayanlar ona “Şüşəni niyə küçəyə atırsan, zibil maşınına qoy" deyə etiraz ediblər. H.Sezainin bu xəbərdarlığa əhəmiyyət verməməsi işçiləri əsəbləşdirib və onlar müğənnini küçənin ortasındaca döyüblər.

Ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib.

Bədənində yara izləri qalan sənətçini xəstəxanaya aparmaq istəsələr də, o, razılaşmayaraq evə yollanıb.