"Türkvision" bu il Tatarıstanda keçiriləcək

"Türkvision" bu il Tatarıstanda keçiriləcək
785 dəfə oxunub
  • A-
  • A
  • A+
"Onlar" verilişi Tatarıstanın paytaxtı Kazana yollanıb.

Axşam.az-ın məlumatına görə, səfərin məqsədi bu il orada baş tutacaq "Türkvision" musiqi yarışmasıdır. Müsabiqənin təşkilatçıları 20-dən çox ölkədən gələn media nümayəndələrinə noyabr ayında keçiriləcək yarışma barədə məlumat veriblər.

Tədbirdə ötən il Tatarıstanı təmsil edən Alina da iştirak edib. O, gecənin açılışında xüsusi qonaq olacağını deyib:

"Bu il yarışma bizim qonaqpərvər Kazanda baş tutacaq. Düşünürəm ki, hər kəsin xoşuna gələcək".

Qeyd edək ki, Türksoy və TMB kanalının dəstəyi ilə yarışmanın açılış mərasiminə start verilib. Açılışda Azərbaycandan olan ifaçılar - Ülkər və Aqşin əsl performans göstəriblər. Alina və Aqşin xalq artisti Aygün Kazımovanın "Nigaranam" mahnısını duet şəklində oxuyublar.
Ölkəmizi bu il "Türkvision"da ATV-də yayımlanan "Azərbaycanın səsi" müsabiqəsinin qalibi təmsil edəcək.

Xatırladaq ki, ötən il Türkiyədə - Eskişehirdə baş tutan yarışmanın qalibi azərbaycanlı müğənni Fərid Həsənov olmuşdu.