Bülənt Ərsoy makiyajsız fotosundan danışdı

Bülənt Ərsoy makiyajsız fotosundan danışdı
6416 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli sənətçi Bülənt Ərsoy mediada yayılan makiyajsız fotosu haqqında danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərə müsahibə verən müğənni onları boş-boş işlərlə məşğul olmaqda günahlandırıb:

“Mən hər kəsə deyirəm ki, ən böyük var-dövlətim səsimdir. Aktrisa deyiləm ki... İstəyərəm kor olaram, ağzım, burnum əyri olar, bəs səsimi nə edəcəklər? Mən bədənimlə gündəmdə deyiləm. Önəmli olan səsimdir”.

Bodrumda istirahət etdiyini deyən Ersoy dəniz səhayətinə çıxacağını söyləyib:

“Mətbuat orada da məni görüntüləyə bilər. Onların işini heç bilmək olmaz”.