Bu da Fatimənin evi - fotolar

Bu da Fatimənin evi -  fotolar
6222 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva evinin qapılarını “Şou+” verilişinə açıb.

Axşam.az-ın məlumatına görə, suvenir kolleksiyası toplayan sənətçi mənzilindəki sevimli guşəsindən danışıb:

“Anam mənə o qədər cehiz yığıb ki... O vaxt hamısını Rusiyadan gətirirdilər. Hələ də onları saxlayıram. Evimdə özümə aid bir guşəm var - qarderob otağım. Ora mənim nağılım, həyatımın önəmli hissəsidir. Libaslarımı yığdığım həmin otaqda həm də məşq edirəm. Paltarlarımı kimsə istəyəndə heç bir dəfə geyinmək üçün də vermirəm”.

Fatimə aksessuar həvəskarı olduğunu bildirib:
 
“Aksessuarlara çox pul xərcləyirəm. Bir dəfə Hindistana getmişdim. Qayıdanda bir çamadan aksessuar alıb gətirmişdim. Gömrükdə məni saxladılar, keçməyə qoymadılar. Elə bildilər ki, satmağa aparıram. Axırda güclə sübut etdim ki, onları özüm üçün almışam”.

Fatimənin evindən fotoları təqdim edirik.