“Şikayətimi geri götürəcəm, Kənanı Allah bağışlasın” - açıqlama

“Şikayətimi geri götürəcəm, Kənanı Allah bağışlasın” - açıqlama
7558 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, dünən tanınmış rejissor Kənan M.M həbs edilib.

Axşam.az-ın məlumatına görə, buna rejissorun bir qrup şəxslə zor tətbiq edərək müğənni Vüqar Muradov və qardaşını döyməsi səbəb olub.

Məsələylə bağlı sənətçi V.Muradov saytımıza açıqlama verib. O, hadisənin təfərrüatları barəsində danışıb. Müğənni bildirib ki, Kənan M.M “Ulduzların döyüşü” realiti şousunda finalda ona uduzmasını həzm edə bilməyib:

“15 nəfər boynu yoğun kişi ilə üstümə gəlmişdi. Mənim yanımda yalnız qardaşım var idi. Mənə zəng vurub toy danışmaq adıyla bir yerə çağırdılar. Orada Kənanı və adamlarını gördüm. Məqsədi məni döyüb, zavallı halda videoya çəkib, “Youtube”a yerləşdirmək idi. Amma buna nail ola bilmədi. Bir insanın üstünə iki, üç adam gələr. Mən 15 nəfərə necə cavab verərdim? Kənanın bu hərəkəti cinayətdir. Qanunla ona və yanındakılara 3 ildən 5 ilə qədər həbs cəzası gözlənilir. Polis tərəfindən davanın qarşısı alındı. Onun söyüşlərini heç vaxt bağışlamayacaqdım. Dünən Kənanı əlləri qandallı halda gördüm, ürəyim ağrıdı. Mənə yaxınlaşdı, haqqını halal et dedi. Mən də haqqımı halal edirəm. İndi polis idarəsinə gedirəm. Şikayətimi geri götürəcəm. Onu Allah bağışlasın. 38 yaşlı kişiyə, ailəsi, uşaqları, xəstə anası olan birinə bu yaraşmaz. Haqqımı Kənana halal edirəm, yetər ki, məndən uzaq olsun”.