"Şou-biznesin vuran əli" - video

"Şou-biznesin vuran əli" - video
1738 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimlinin Fransada “Fort Boyard” yarışmasında bir qadını döyməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında həmin hadisədən danışaraq, ona yeni titul verildiyini deyib:

“Gözümün qabağına bir insanı gətirib fransalı qızı döydüm. Xanımdır, şou-biznesdəndir. Onu elə pis günə qoydum ki… Boynu, beli cızıq-cızıq oldu. Yazığım gəldi. Mənə yeni titul veriblər: "Şou-biznesin vuran əli”.

Günay müğənni-bəstəkar Rəhim Rəhimlidən də danışaraq, onun “Bir zamanlar” bəstəsini bəyənmədiyini söyləyib:
 
“Rəhimi bir il idi ki, görmürdüm. Mənim “Dəlisiyəm gecənin” mahnımı bəyənmədiyini dediyi gün məclisdə rastlaşdıq. Soruşdum ki, efirdə nə danışırsan? Mənim mahnım onun “Bir zamanlar” bəstəsindən üstündür. Reytinqlərdən baxa bilərsiniz, hansı yerdə olduğunu görəcəksiniz. Bu sahə məni elə dəyişib ki, artıq danışmağa başlamışam, sözünü deməyəndə adamın başından vururlar”.