Elza Ramazan bayramını qocalarla qeyd etdi – fotolar

Elza Ramazan bayramını qocalarla qeyd etdi – fotolar
1485 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan dünən Bilgəhdə yerləşən qocalar evinə yollanıb.

Axşam.az-ın məlumatına görə, müğənni Ramazan bayramı münasibətilə orada konsert verib. Təəssüratlarını bizimlə bölüşən ifaçı bunları deyib:
 
“Ramazan bayramı münasibətilə qocalarla gözəl görüşümüz oldu. Maraqlı gün keçirdik. Qocalar evinin müdiri Qətibə Əsədovaya təşəkkür edirəm. Mənə gözəl hədiyyə verdilər. Qocalardan biri öz əlləri ilə hazırladığı milli alətlərimizin əks olunduğu suvenir bağışladı. Mən isə onlar üçün sevilən mahnılarımı səsləndirdim”.