Hündür ayaqqabılar Keytə mane olmadı - fotolar

Hündür ayaqqabılar Keytə mane olmadı - fotolar
2281 dəfə oxunub
  • A-
  • A
  • A+
32 yaşlı Kembric hersoginyası, şahzadə Uilyamın xanımı Keyt Midlton həyat yoldaşı və qaynı, şahzadə Harri ilə birlikdə Şotlandiyadadır.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, K.Midlton Qlazqoda keçirilən krallığın "Birlik oyunları" çərçivəsində gənc idmançılarla görüşərək məzəli idman yarışlarında iştirak edib. Mavi libas və hündür ayaqqabılar geyinən hersoginya dəmir qutuların üstündən çətinlik çəkmədən tullanıb.
 
Şahzadənin xanımının tapşırığı topla həmin qutuları dağıdaraq mərkəzi sahəyə qaçmaq və onları yenidən üst-üstə qoyaraq üzərindən atlamaq olub.
 
Keyt verilən işin öhdəsindən məharətlə gəlib və bu səbəbdən sevincini gizlədə bilməyib.