“Oğlanlarıma sərbəstlik vermişəm”

“Oğlanlarıma sərbəstlik vermişəm”
2531 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Mətanət Əliverdiyeva “Onlar” verilişində oğlanlarından danışıb.

Axşam.az-ın məlumatına görə, M.Əliverdiyeva övladlarını sərbəst böyütdüyünü deyib. O, eyni zamanda aparıcı Şərqiyyə Hüseynovanın “Mətanət mənim mənəvi qızımdır” sözlərinə münasibət bildirib:
 
“Həm bioloji, həm mənəvi olaraq Şərqiyyə xanımı anam hesab edirəm. Mən özüm də yaxşı valideynəm. İki oğul böyüdürəm. Birinin 23, balacanın isə 6 yaşı var. Valideynlərim məni sərbəst böyüdüblər. Mən də oğlanlarımı o cür tərbiyə edirəm. Onlara sərbəstlik vermişəm”.
Aparıcı “Mətanət necə qayınana olacaq” sualını belə cavablandırıb: “Məndən qayınana olar? Amma onu bilirəm ki, çox pozitiv nənə olacam. “Ginnesin rekordlar kitabı”na düşəcəm”.