"Davam olsa, Zauru köməyə çağıracam"

"Davam olsa, Zauru köməyə çağıracam"
3376 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnur Məmmədov aparıcı Zaur Baxşəliyevin ünvanına təriflər yağdırıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında onu “Fort Boyard” yarışmasının çəkilişləri zamanı daha yaxşı tanıdığını deyib:
 
“Efirdəki insanları hamı mədəni biri kimi tanıyır. Amma Zauru başqa cür bildim. Fransa səfəri zamanı onda bir ürək gördüm ki... Dedim, sabah kimləsə davam olsa, Zauru köməyə çağıracam. Onu əvvəl belə bilmirdim”.

Zaur isə “Elnur çağırsa, davaya gedərsiniz” sualına belə cavab verib:

“Əlbəttə gedərəm. Mən düşünürəm ki, Elnur söhbəti əlbəyaxa səviyyəsinə gətirməyəcək insandır. O, davanı sözlə yatıran biridir. Amma qarşısına başa düşməyən biri çıxarsa, hər zaman onun yanında olmağa hazıram. Mən qorxaq deyiləm”.