Əməkdar artistdən müğənniyə hədiyyə

Əməkdar artistdən müğənniyə hədiyyə
1307 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva müğənni Əbdül Xalidə mahnı hədiyyə edib.

Axşam.az-ın məlumatına görə, bu haqda əməkdaşımızla söhbətində Xalid özü məlumat verib. O, T.Ağayevanın ona ad günü münasibətilə “Yaz” adlanan mahnını bağışladığını bildirib:

“Tünzalə xanım çoxdandır mənə söz vermişdi ki, mahnı bağışlayacaq. Hətta duet oxuyacağımızı da demişdi. Hazırda işlərin çoxluğundan duet təxirə salındı. Amma söz verdiyi mahnını hədiyyə etdi. Çox gözəl, fərqli bir bəstədir. Sırf mənim üçün yazılıb. Uzun müddətdir ancaq lirik nəğmələr oxuyurdum. Bu isə ritmikdir. Sözləri Vasif Əzimova aiddir. “Yaz”ın təqdimatı da geniş olacaq. Mahnını Bəbir və Emin aranjiman edəcək. Klip də çəkdirəcəm”.