Əməkdar artist Kənandan yazdı: “Ona böyük hörmətim var”

Əməkdar artist Kənandan yazdı: “Ona böyük hörmətim var”
3092 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova rejissor Kənan M.M.-in həbs olunması xəbərinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, aktrisa Kənanla müğənni Vüqar Muradov arasındakı münaqişəyə səbəb olan “Ulduzların döyüşü” yarışmasına qarşı olduğunu yazıb:

“Kənana böyük hörmətim var. Onu yaxşı insan və öz üzərində çalışan rejissor kimi tanıyıram. Vüqarla heç bir tanışlığım yoxdur. Bilirəm ki, müğənnidir. Bu hadisəyə və Kənanın həbsə düşməsinə görə çox üzüldüm. İnanıram ki, hər şey yoluna düşəcək. Əgər dava “Ulduzların döyüşü” yarışına görə düşübsə, bu tip layihələrə qarşıyam. Sənət adamları yaradıcılıqla rəqabətə girsələr daha yaxşı və düzgün olar”.