“Bığ” şounun aparıcıları tamaşaçılarla vidalaşdı

“Bığ” şounun aparıcıları tamaşaçılarla vidalaşdı
1319 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Bığ” şou tamaşaçıları ilə vidalaşıb.

Axşam.az-ın məlumatına görə, verilişin aparıcıları Şəhriyar Əbilov və Cavid Gül proqramla bağlı danışıblar. C.Gül yeni mövsümdə fərqli layihə ilə efirə qayıdacaqlarını bildirib:

“Elə müğənnilər oldu ki, çağırdıq, gəlmədilər, özlərini dağ başına qaldırdılar. 2013-cü ilin sentyabrın sonunda efirə çıxdıq. Bu müddət ərzində izləyici üçün maraqlı olacaq hər şeyi etdik. Amma yenə də alınmadı, getməli olduq”.

Ş.Əbilov tamaşaçılarla vidalaşmaq istəmədiklərini söyləyib:
 
“Veriliş boyunca aktyorluq etdik, şou göstərdik. Sevildik. Sənət adamları ilə gözəl münasibət qurduq. Heç kimin xətrinə dəymədik. Ona görə də, hər zaman bizim verilişə sevinə-sevinə gəldilər. Bu da son... Əslində getmək istəmirik... Tamaşaçılarımızı sevirik”.

Qeyd edək ki, “Bığ” şounun sonuncu buraxılışında əməkdar artist Ədalət Şükürov, müğənni Elnur Məmmədov, Səbinə Babayeva, meyxanaçı Namiq Qaraçuxurlu və digərləri sevilən mahnılarını səsləndiriblər.