“Oxuya bilmirəm, qonşular şikayət edir” - əməkdar artist

“Oxuya bilmirəm, qonşular şikayət edir” - əməkdar artist
1979 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Kəmalə Rəhimli “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni səhhətindən, maddi durumundan və gündəmdən uzaqlaşmağından bəhs edib:
 
“Sənətə gəlmişik ki, xalq qarşısında çıxış edək. Bununla qidalanmışıq. Hazırda işləmirəm, bu, mənə mənəvi zərbədir. 36 kvadrat metrlik evdə oturmuşam, məşq edə, oxuya bilmirəm. Çünki qonşular şikayət edir. Mən sənəti sevib müğənni olmuşam. İndi səhhətim pisdir deyə, işləyə bilmirəm. Tədbirlərə dəvət edilmirəm. Bu sənətə canımı qoymuşam. Vaxtilə toylara, konsertlərə getmişəm. Dövlət konsertində canlı oxuyurduq. İndikilər gəlir, disk qoyur, ifa edir, gedir. Son 20 ildir xəstəlikdən əziyyət çəkirəm. Dərmanlar içir, həyatda qalmağa çalışıram”.