Leyla Əliyevanın təşəbbüsüylə yeni layihə

Leyla Əliyevanın təşəbbüsüylə yeni layihə
1545 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskva şəhərinin Mədəniyyət departamenti ilə birlikdə "Aze Project"in informasiya dəstəyi ilə həvəskar fotoqraflar üçün "Best summer photo of 2014. Azerbaijan" açıq fotomüsabiqəsi elan edir.

Axşam.az AzərTAc-a istinadən məlumat verir ki, müsabiqəyə 16 yaşından 35 yaşınadək gənclər dəvət olunur.

Öz foto bacarığını nümayiş etdirmək istəyənlər 4 meqabaytdan az olmamaq şərti ilə 300 dpi göstəricisi ilə çəkdikləri fotoşəkilləri, habelə özləri barədə qısa informasiyanı (müəllifin soyadı, adı, atasının adı, əlaqə telefonu, fotoşəklin adı, çəkiliş yeri) 2014-cü il avqustun 31-dən gec olmayaraq aşağıdakı elektron ünvana göndərə bilərlər: [email protected]

"Best summer photo of 2014. Azerbaijan" fotomüsabiqəsi 5 tematik bloka bölünüb:

1) Bakı. Arxitektura (memarlıq abidələri, gəzməli yerlər, şəhər mənzərələri);
2) Peyzajlar (Azərbaycan mənzərələri);
3) Turizm və idman (dəniz, dağlar, idman tikililəri, ilk Avropa oyunlarına hazırlıq);
4) Ekologiya (göl və çay mənzərələri, insan ilə ekologiya arasında qarşılıqlı münasibət, təbiət və onun sərvətləri);
5) Azərbaycanlılar (tanınmış insanların fotoşəkilləri) ;
6) Moskva azərbaycanlıların gözü ilə.

Hər bir iştirakçı hər kateqoriya üzrə yalnız 4 fotoşəkil təqdim edə bilər.

Ən yaxşı işlər bu il sentyabrın ortalarında Moskvada keçiriləcək "Total Art" sərgisində nümayiş etdiriləcəkdir. Müəlliflər diplom və qiymətli mükafatlarla təltif ediləcəklər. Hər nominasiya üzrə qalibə pul mükafatı veriləcək.

Öz işini "Instagram" əlavəsində dərc etdirmək istəyənlər #totalartaz и #viewfromazerbaijan qeydi etməlidirlər. Bu əlavədə daha çox "layk" toplamış fotoşəklin müəllifi əlavə mükafat alacaq.

Mükafatların təqdim olunması mərasimində maraqlı bədii proqram təqdim ediləcək.

http://amor.az/article/внимание-конкурс linkinə daxil olmaqla müsabiqədə iştirak şərtləri barədə daha ətraflı məlumat ala bilərsiniz.