Nadir: “Qulağım eşidə-eşidə deyir ki... ”

Nadir: “Qulağım eşidə-eşidə deyir ki... ”
1696 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə həmkarı Əbdül Xalidin onun haqqında dediyi “Nadir bizdən pulludur” sözlərinə cavab verib.

Axşam.az-ın məlumatına görə, “Nə varsa” verilişinə qonaq olan sənətçi gənc ifaçının həmin açıqlamasına əsəbləşdiyini söyləyib:
 
“Bu yaxınlarda bir müğənniyə sual verirlər ki, niyə gündəmdə az olur, yeni mahnı yazdırmırsınız, N.Qafarzadə isə dayanmır. Qulağım eşidə-eşidə deyir ki, Nadir pulludur. Mən o pulları asan qazanmamışam. Sən günorta saat 1-də, mən isə səhər saat 7-də yuxudan dururam. Toya məni sevib çağırırlar, kiminsə işini əlindən alıb, hansısa bir məclisə məcbur girmirəm. Çox əziyyətlər çəkdim, bu həddə çatdım. Paxıllıq yaxşı deyil".