Övladları Nüşabənin planlarını yarıda qoydu

Övladları Nüşabənin planlarını yarıda qoydu
4704 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nüşabə Ələsgərli bu yay istirahət edə bilməməsindən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənni buna övladlarının ali məktəbə imtahan vermələrinin səbəb olduğunu deyib:
 
“Bu yay dincələ bilmədim. İyulda işim olmadı. Başım övladlarımın imtahanına qarışdı. İndi də toy mövsümü başladı. Buna görə də, şəhərdən çıxa bilmirəm. İmkan olanda evimdə dincəlirəm”.

N.Ələsgərli, eyni zamanda yeni mahnılar hazırladığını bildirib:
 
“Eldən xəbərsiz” və “Gözləri” adlı bəstələr yazdırmışam. Klip çəkdirmək istəyirdim. Amma o da alınmadı. Payızda mütləq yeni mahnımın birini ekranlaşdıracam”.