Kənan və Berenin toyundan təfərrüatlar - fotolar

Kənan və Berenin toyundan təfərrüatlar - fotolar
5214 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Malibu sahillərində təşkil edilən toy məclisi ilə ailə quran türkiyəli müğənni Kənan Doğulu və Beren Saatın nikah mərasiminin təfərrüatları  bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün yaxınlarının və dostlarının iştirak etdiyi toy maraqlı görüntüləri ilə yadda qalıb. İnstaqram səhifəsində nikah fotolarından birini paylaşan Kənan və Beren "Yeganə ehtiyacımız olan sevgidir" sözlərini yazıblar.

Qeyd edək ki, toyda aktrisa Bəlçim Bilgin və musiqiçi Cihan Okan şahidlik ediblər. B.Saat amerikalı dizayner Mira Zvillinger tərəfindən hazırlanmış, 7500 dollar dəyərində olan gəlinlik geyinib. Hollivudun məşhur fotoqrafları Amy& Stuart məclisin maraqlı anlarını lentə alıblar.