Təravətli dəri üçün maskalar

Təravətli dəri üçün maskalar
3711 dəfə oxunub
  • A-
  • A
  • A+
Üz dərisi hər zaman qulluq tələb edir. Bunu isə tez-tez etməyə imkan olmur.

Axşam.az xarici mətbuata istinadən evdə rahat hazırlaya biləcəyiniz maskalar təqdim edir:

1. Bananı əzib, üzərinə 2 çay qaşığı kəsmik, 1 çay qaşığı qaymaq və eyni miqdarda yumurta sarısı əlavə edib, krem formalı məhlul olana kimi qarışdırın. Maskanı üzə və dekolte hissəyə çəkib 30 dəqiqə saxladıqdan sonra yuyun. Bu maska üz dərisindəki hüceyrələri canlandıracaq. Solğun, təravətsiz, quru, çatlamış və qırışlı  dərini daha da canlandıracaq.

2. Kosmetologiyada bal bioliftinq effekti verir. Ona görə də balla hazırlanan maskalar üzdə hər zaman müsbət effekt əldə etməyə kömək olur. 1 ədəd yumurtanın ağını çalıb, 3 damcı lavanda yağı, 1 xörək qaşığı bal və 2 xörək qaşığı yoqurtla qarışdırıb, üzə çəkib, 15 dəqiqə saxlayın.

3.1 yumurtanın ağını qatı köpük əmələ gələnə kimi çalıb, üzərinə 1 çay qaşığı bal və bir neçə damcı limon şirəsi əlavə edib, üzə 10 dəqiqə maska edin.

4. 1 çay qaşığı kəsmiyi eyni miqdarda bal və portağal şirəsi ilə qarışdırıb, üzə və boyuna qalın maska edin. 20 dəqiqədən sonra maskanı dəm ilə yuyub, üzə qidalandırıcı krem çəkin.