"Kəfənimi geyindim, gedirəm" - İbrahim Tatlısəs

"Kəfənimi geyindim, gedirəm" - İbrahim Tatlısəs
3856 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni İbrahim Tatlısəs aldığı güllə yarasından sonra başında qalan sümük parçasını çıxartdırmaq üçün Amerikaya gedəcək.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrumda dincələn sənətçi jurnalistlərlə söhbətində "Kəfənimi geyindim, gedirəm. Ya əvvəlki kimi olub geri dönəcəm, ya da qayıtmayacam" deyib.

Qeyd edək ki, 2011-ci ildə İ.Tatlısəsə qarşı təşkil edilən sui-qəsd nəticəsində müğənni bədəninin müxtəlif nahiyyələrindən güllə yarası almışdı.