"Hərdən özümü günahlandırıram ki..."

"Hərdən özümü günahlandırıram ki..."
1685 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Arif Quliyev “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktyor aparıcının “Oğlunuza görə sizi qınadılar” sualına belə cavab verib:
 
“Təkrar sözlərin mənası olmasa da, yenə deyəcəm. Hərənin öz qisməti, alın yazısı var. Qınaq onda yaranır ki, sən onun üçün heç nə etməyə çalışmayasan. Eləyirsənsə və onun nəticəsi olmursa, qınaq obyektinə çevrilirsən. Mən hərdən özümü günahlandırıram ki, gərək vaxtında onunla bir az da məşğul olardım. İndi deyirlər ki, oğluna baxmadı, ona fikir vermədi. Nə bilirlər ki, mən ondan ötrü nələr etmişəm?”.

Xatırladaq ki, A.Quliyevin oğlu Fərid Quliyev 2000-ci ildə qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. 14 illik məhkumluq müddəti verilmiş aktyorun oğlu 2011-ci ildə əfv olunmuş,  2012-ci ildə isə vərəm xəstəliyindən dünyasını dəyişmişdi.