Aparıcı çəkiliş məkanına vertolyotla gəldi?

Aparıcı çəkiliş məkanına vertolyotla gəldi?
2452 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Piknik” verilişində maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, aparıcılardan biri İslam Mehrəliyev efirdə həmkarı Kəmalə Piriyevanın çəkiliş məkanına vertolyotla gəldiyini deyib. İslamın bu açıqlamasından sonra tamaşaçılar tərəfindən bununla bağlı bir çox suallar ünvanlanıb. Verilişin müəllifi və rejissoru Aynurə Tahirqızı məsələyə aydınlıq gətirib:

“Sosial şəbəkədə bizə çoxlu suallar verilir. Hamı Kəmalənin, həqiqətən də, vertolyotu olub-olmamasını soruşur. Bu çox gülməlidir. Təsadüfən, ssenarimizə uyğun olaraq İslamın Kəmaləni gözləmə səhnəsini çəkən zaman bir neçə dəfə səmadan vertolyot keçdi. Hətta çox yaxın məsafədə idilər. Biz də bu kadrdan istifadə edib, verilişə daha da maraq qatdıq”. 

Qeyd edək ki, “Piknik”ə hər həftənin şənbə günü saat 16:00-da baxa bilərsiniz.