Heç bir aktyor Hrant Dinkin rolunu oynamaq istəmədi

Heç bir aktyor Hrant Dinkin rolunu oynamaq istəmədi
1160 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli rejissor Fatih Akının 2007-ci ildə qətlə yetirilən erməniəsilli jurnalist, "Agos" qəzetinin redaktoru Hrant Dink haqqında film çəkmək istəyi baş tutmayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissorun açıqlamasına görə, heç bir türk aktyor H.Dinkin rolunu canlandırmaq istəməyib. Bu barədə açıqlama verən rejissor yeni layihəsini dondurduğunu söyləyib:
 
"Hrantın işlədiyi qəzetdə çıxan 12 yazısı əsasında ssenari yazmışdım. Burada həm onun həyatı haqqında, həm də 1915-ci il hadisələri ilə bağlı materiallar var idi. Amma heç bir türk aktyoru onun rolunu canlandırmaq istəmədi, ssenarini çox sərt hesab etdilər. Buna görə, layihəni dayandırdım".

Qeyd edək ki, Rza Qocaoğlu və Sarp Akkaya kimi aktyorlar bu xəbər yayıldıqdan sonra həmin rolu oynamaq istəsələr də, hazırda təklifi qəbul etməyənlərin kimliyi müzakirə mövzusuna çevrilib.