5 məşhur milyarderin evi - fotolar

5 məşhur milyarderin evi - fotolar
8008 dəfə oxunub
  • A-
  • A
  • A+
“Forbes” jurnalı dünyanın ən məşhur beş milyarderinin yaşadığı evlərin siyahısını açıqlayıb.

Axşam.az-ın xəbərinə görə, siyahının ilk pilləsində rusiyalı iş adamı Roman Abramoviç dayanır. Onun Manhettendəki villası 75 milyon dollar dəyərindədir. 6 mərtəbəli malikanənin 8 yataq, 15 vanna otağı, böyük idman zalı və kitabxanası var.



İş adamı Dmitri Rıbolovlevin “Maison de l’Amitie” adlı villası ikinci yerdədir. ABŞ-ın Florida ştatında yerləşən evin qiyməti 100 milyon dollardır. Bu mülkü Dmitri 2008-ci ildə milyarder Donald Trampdan satın alıb. Böyüklüyü 3 min kvadrat metr olan villanın 140 kvadrat metr ərazini əhatə edən çimərliyi var.



Üçüncü yerdə azərbaycanlı iş adamı Telman İsmayılovun malikanəsidir. Onun 10 min kvadrat metr ərazini əhatə edən Antalyadakı “Mardan Palace” oteli 1,4 milyard dollar dəyərindədir. T.İsmayılov özü də burada yaşayır.



İş adamı Valeri Koqanın 2500 kvadrat metrlik mülkü Nyu-Yorkda yerləşir.



Milyarder Mixail Proxorovun Fransanın Lazur sahilindəki villası 39,4 milyon avro dəyərindədir. Malikanə 1902-ci ildə kral Leopold tərəfindən tikdirilib.