Fərda: “İnstaqrama baxdıqca ağlamaq istəyirəm”

Fərda: “İnstaqrama baxdıqca ağlamaq istəyirəm”
2953 dəfə oxunub
  • A-
  • A
  • A+
Yumor ustası Fərda Xudaverdiyev İnstaqramdan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, aktyor dostlarının sosial şəbəkədə paylaşdıqları istirahət fotolarını gördükcə onlara qibtə etdiyini deyib:

“Xoxan” filminin çəkilişləri ilə əlaqədər dincələ bilməmişəm. Bütün günü dostlarımın İnstaqramda paylaşdıqları istirahət şəkillərinə baxdıqca ağlamaq istəyirəm. Çox yorulmuşam. Bu həftə çəkilişlər başa çatacaq. Avqustun ortalarında ailəmlə birlikdə Türkiyəyə gedəcəm. Orada dincəlməyi planlaşdırırıq”.

F.Xudaverdiyev sentyabrda yeni verilişinin yayımlanacağını da bildirib.