Balaca qızın cavabı Ebrunu təəccübləndirdi - fotolar

Balaca qızın cavabı Ebrunu təəccübləndirdi - fotolar
5457 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Ebru Gündeş Antalyada otellərin birində konsert verib.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, səhnəyə iki müxtəlif libasda çıxan sənətçi sevilən mahnılarını səsləndirib. Konsertdən sonra oteldə təsadüfən balaca qızla rastlaşan E.Gündeş ondan "Məni tanıyırsan?", deyə soruşub. Bu zaman ifaçının eşitdiyi sözlər onu təəccübləndirib. 

Belə ki, balaca qız bu sualın qarşılığında "Sən şahzadəsən" cavabını verib. Ebru Gündeş bunu eşidən kimi həmin qızı öpüşlərə qərq edib.