"Mənə titul lazım deyil, adım bəs edir"

"Mənə titul lazım deyil, adım bəs edir"
1346 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova özünə titul verən müğənnilərdən yazıb.

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə ona titul verən sevənlərinə belə müraciət edib:

“Çox sağ olun, amma mənə titul lazım deyil. Adım mənə bəs edir – Brilliant Dadaşova. Azərbaycanın, sizin xalq artistiniz olmaq mənim üçün şərəfdir. O ki qaldı, öz-özlərinə “bir nömrə” və başqa ad yapışdıranlara... Bu, üçüncü növ müğənnilərin “kliçkası"dır”.