Havanın temperaturu 38 dərəcə olacaq

Havanın temperaturu 38 dərəcə olacaq
1078 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində günəşli hava şəraiti gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə isə 27-28 dərəcə isti təşkil edəcək.

Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecəyə doğru şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.