Nilufər azərbaycanlı bəstəkardan mahnı aldı

Nilufər azərbaycanlı bəstəkardan mahnı aldı
1548 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Nilufər bəstəkar Gövhər Həsənzadənin mahnısını oxuyacaq.

Bu haqda Axşam.az-a açıqlamasında bəstəkar məlumat verib. O, nəğməsinin Nilufərin yeni albomunda yer alacağını bildirib:

“Bir vaxtlar İzzət Bağırovun səsləndirdiyi “Bəs mən indi neyləyim” adlı mahnımı Nilufər alıb. Bu bəstəni Türkiyədə hansı müğənniyə qulaq asdırdımsa, hamısı bəyəndi. Ən az beş məşhur ifaçı onu almaq istədi. Nəhayət, Nilufərə qismət oldu. Çünki o mənim uzun illərdir ki, dinlədiyim, sevdiyim ifaçıdır. Hər zaman arzum olub ki, bəstəmi Nilufər səsləndirsin. Mahnını necə oxuduğunu eşitməmişəm. Qarşıma şərt qoyublar ki, albom çıxana kimi ifa ilə bağlı heç bir material yayılmasın. Onlarda adət var, icazəsiz heç bir yerdə səsləndirilə bilməz. Nilufərin ifasında bəstəmi eşitməyə səbirsizlənirəm. Onun özünəməxsus oxumaq tərzi var. Bunu da fərqli ifa edəcəyini bilirəm”.