Moruqlu pəhrizlə arıqla

Moruqlu pəhrizlə arıqla
1515 dəfə oxunub
  • A-
  • A
  • A+

Moruq soyuqdəymənin, bir çox xəstəliklərin drəmanıdır. Bununla yanaşı moruğun həm də arıqladıcı funksiyaya sahib olduğunu bilirsinizmi?

Axşam.az xarici mətbuata istinadən moruqlu pəhriz təqdim edir:

Pəhriz 3 günlük nəzərdə tutulub. Bu zaman 2 kiloqrama qədər arıqlamaq mümkündür.

1 – ci gün:

Səhər
- 100 qram yağsız kəsmik və moruq
İkinci səhər yeməyi – süd kiseli və moruq – 150 qram
Nahar – suda bişmiş file, 250 qram moruq sousu ilə
Şam - moruq qatılmış süd kokteyli

2 – ci gün:

Səhər
– 250 ml. yağsız yoqurt, 100 qram moruq
İkinci səhər yeməyi – 2 çay qaşığı təmiz bal qatılmış 200 qram təzə moruq
Nahar – 150 qram soyutma balıq, pomidor, xiyar və zövqə görə göyərti
Şam – 200 qram təzə moruq və 10 dənə fındıq

3 – cü gün:

Səhər
– 200 ml. yağsız kefir, 100 qram moruq
İkinci səhər yeməyi – 5 dənə qoz və 200 qram təzə moruq
Nahar – 150 qram pörtlədilmiş ət, zeytun yağı, limon suyu əlavə edilmiş kələm və kök salatı
Şam - moruq sousu əlavə edilmiş 2 ədəd bişmiş alma